Çempionlar Liqasında H qrupunda “Çelsi” Londonda “Zenit”i qəbul edib. Turnirin hazırki qalibi oyuna fəal başlasa da, fasiləyə kimi qol vurmaq mümkün olmayıb. 2-ci hissədə isə Romelu Lukaku rəqib qapısına yol tapib. Bu oyunda yeganə qol olub və London klubu yarışa minimal hesablı qələbə ilə start verib.
Qrupun digər görüşü İsveçdə olub. “Yuventus” yerli “Malmö” klubunun qonağı olub. Turin komandası oyunun taleyini fasiləyə kimi həll edib. Hesabı Aleks Sandro açıb. 1-ci hissənin sonunda əvvəlcə Paulo Dibala fərqlənib. Ardınca isə Alvaro Morata qapını dəqiq nişan alıb. 2-ci hissədə isə hesab dəyişməyib. Malmö – “Yuventus” 0-3.